Rusiya prezidenti Vladimir Putin İsrailin “Likud” partiyasının lideri Benyamin Netanyahu ilə beynəlxalq vəziyyəti müzakirə etmək üçün telefon danışığı aparıb.
Sitat.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
Qeyd olunur ki, tərəflər gündəliyin aktual məsələlərini nəzərdən keçiriblər.
“Rusiya-İsrail münasibətlərinin bundan sonra da mütərəqqi inkişaf edəcəyinə və müxtəlif səviyyələrdə təmasların davam etdiriləcəyinə qarşılıqlı inam ifadə olunub”, - bəyanatda deyilir.
Putin Netanyahunu və bütün israilliləri yəhudilərin bu günlərdə qeyd olunan Hanukka bayramı münasibətilə təbrik edib.
Səid İsaoğlu,
Sitat.info