ABŞ Dövlət Departamenti Rusiya-Ukrayna müharibəsi səbəbiylə Rusiya donanmasını hədəf al;b/ Bu məqsədlə Rusiya dəniz sektorunda fəaliyyət göstərən 10 təşkilata sanksiya tətbiq edib.
Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbiylə Rusiya donanmasına təzyiq göstərmək üçün Rusiya dəniz sektorunda fəaliyyət göstərən 10 təşkilata sanksiya tətbiq edildiyi bildirilib. Açıqlamada sözügedən sanksiyaların Rusiyanın müdafiə sektoruna ciddi xərclər gətirdiyi qeyd olunub.
15 ildən artıqdır ki, Rusiya donanmasının təchizatçısı olan nikel-metal hibrid və gümüş-sink akkumulyatorlarının istehsalçısı olan Rigel və yüksək dəqiqlikli naviqasiya, giroskopiya, qravimetriya, optik elektron sistemlər hazırlayan və istehsal edən Elektropribor sanksiya siyahısındadır. Siyahıda sualtı qayıqlar və dəniz rabitə sistemləri də var. İdarəetmə sistemlərini inkişaf etdirən, istehsal edən və təchiz edən Avrova, Rusiya gəmiqayırma sənayesinin lider şirkəti olaraq təyin olunan Concern Morinformsystem-Agat, Rusiyanın aparıcı şirkətlərindən biri olan Prometey də siyahıdadır.
Nərgiz,
Sitat.info