İranla bağlı sensasion iddia: Etirazlarda həbs olunanların yeməyinə narkotik qatılır

13:48 23 Dekabr 2022

Təbrizdə etirazlar zamanı həbs olunanların yeməklərinə narkotik maddə qatılır.

Sitat.info xəbər verir ki, bu xəbəri Azad İran telegram kanalı yayıb. 

 Təbrizin Təhlükəsizlik İdarəsində saxlanılan etirazçılar onlardan bəzilərinin yeməyinə narkotik maddə qatılmasından şikayətlənirlər. Bununla bağlı, azərbaycanlı qadın, rəqs müəlliməsi Fatimə Məhəmmədi Fərdrud həbsdən çıxandan dərhal sonra halsızlaşıb və analizlərdən sonra həkimlər ona bildiriblər ki, analizlər onun orqanizmində yüksək dozada narkotik maddə tapıldığını göstərir.

Xanım Məhəmmədidən başqa, həbs edilən digər qadınlar da belə fəsadlarla üzləşiblər və tibbi müayinələrdən sonra həkimlər onların orqanizmində narkotik maddənin olmasına dair diaqnoz qoyublar.

Səid İsaoğlu,

sitat.info



Xəbər xətti