Daha bir ölkə Ukraynaya yardım edib. Belə ki, Niderland Baş naziri Mark Rutte ölkəsinin Ukraynaya 2,5 milyard avro yardım ayıracağını elan edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Niderland baş naziri Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra bəyan edib.
"Nə qədər ki, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirəcək, o zamana qədər Niderland Ukraynaya yardım etməyə davam edəcək. Bu, hərbi, humanitar və diplomatik yardımı əhatə edir. 2023-cü ildə bunun üçün 2,5 milyard avro ayırırıq. Ukrayna Hollandiyaya etibar edə bilər. Telefon danışığımızda da biz bunu bir daha təsdiqlədik" - deyə baş nazir bildirib.
Məğrur,
Sitat.info