Ukraynanın hər yerində hava xəbərdarlığı elan edildi

12:29 25 Dekabr 2022

Ukraynanın bütün ərazilərində hava xəbərdarlığı elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Air Alert Map” onlayn resursu açıqlama yayıb.

Xəritədə ölkənin bütün bölgələri, o cümlədən Krım, Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətləri qırmızı rənglə qeyd olunub.

 



Xəbər xətti