Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya diktatoru Vladimir Putin özünün illüziya dünyasındadır və Ukraynada başladığı müharibənin yaratdığı vəziyyəti başa düşmür: "Putin bu müharibədə qalib gələcəyinə ümid edir, lakin Ukrayna onun üçün ölüm hökmüdür".
Sitat.info xəbər verir ki, Podolyak "Azadlıq” telekanalının efirində qeyd edib ki, Rusiya cəmiyyəti və hərbçiləri eyni illüziya dünyasında yaşayırlar. Amma onlar da başa düşürlər ki, “işlər plana uyğun getmir”.
"Əgər onlar bizim dünyamızda yaşasaydılar (illuziya dünyasında olmayasaydılar -red), təbii ki, bu cür həddi aşmazdılar, Ukraynaya belə faciələr yaşatmazdılar. Onlar hər şeyin plana uyğun getmədiyini başa düşürlər. Bu, birmənalıdır. Hərbçilər isə ilk növbədə başa düşürlər ki, əslində onların ölkəsi talan edilib. Onlar başa düşürlər ki, dünyanın ikinci ordusu deyillər və hamının qorxmalı olduğu hərbi sənaye kompleksləri yoxdur. Onlar başa düşürlər ki, Ukraynaya hücum etmək qətiyyən lazım deyildi. Çünki Ukrayna bu müharibəni tamamilə sona çatdıracaq bir ölkədir və bu, onların qətiyyən xoşuna gəlməyəcək bir şey olacaq. Onlar başa düşürlər ki, tarix üçün əhəmiyyətsiz görünürlər, bəli, bunu haradasa şüuraltı olaraq başa düşürlər. Çünki, elə ola bilməz ki, qürbət ölkəyə gəlib dinc əhalini qətlə yetirən iyrənc qəhrəmana çevrilmək istəyəsən”, - deyəPodolyak vurğulayıb.