Bu halda Rusiya iqtisadiyyatı 1 həftədə çökdürüləcək - Jdanov

17:43 26 Dekabr 2022

Hərbi ekspert Oleq Jdanov yalnız bir halda Qərbin Rusiyaya qarşı maliyyə sistemini dərhal çökdürəcək sanksiyalar tətbiq etmək qərarına gələcəyini deyib.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, Jdanov bunun Putinin nüvə silahından istifadə qərarı verəcəyi halda baş tutacağını deyib.

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə ilə bağlı göstəriş verən kimi sanksiyalar tətbiq olunacaq: "Putin "biz nüvə silahından istifadə etməyə hazırlaşırıq" deyən kimi, bu sanksiyalar tətbiq olunacaq. Sonra bəli , ən qısa müddətdə, bəlkə də bir həftə ərzində hər şey bloklanacaq. 

Jdanov qeyd  edib ki, o zaman Rusiya SWIFT beynəlxalq ödəniş sistemindən tamamilə ayrılacaq, enerji daşıyıcıları üçün ödənişlər dondurulacaq, Rusiya neft və qazının alınmasına tam embarqo qoyulacaq.

Seymur,

Sitat.info



Xəbər xətti