Rusiya kəşfiyyatının verdiyi açıqlamada silah və partlayıcı maddələrlə Ukraynadan Rusiya ərazisinə sızmağa çalışan 4 ukraynalının öldürüldüyü bildirilib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna qrupunun Rusiya ərazisinə daxil olmağa çalışdığını açıqlayıb.
Açıqlamada deyilir ki, Rusiya dövlət sərhədindəki FSB personalı Ukraynaya məxsus təxribat-kəşfiyyat qrupunu zərərsizləşdirib. Bildirilir ki, 25 dekabr 2022-ci ildə başlayan qarşıdurmada Ukraynadan Bryansk vilayəti ərazisinə girməyə cəhd edən 4 diversant öldürülüb"
Ukraynalı diversantlarda Almaniya istehsalı olan avtomat və sursatların olduğu, qruplaşmanın Rusiya ərazisinə 40 kiloqramlıq partlayıcı keçirməyə çalışdığı bildirilib.
Nərgiz,
Sitat.info