İspaniyanın Qalisiya bölgəsində sərnişin avtobusunun uçurumdan çaya uçması nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Qəza dünən İspaniyanın şimal-qərbindəki Qalisiya bölgəsində baş verib. Qalisiya fövqəladə hallar xidmətinin 112 rəsmisinin məlumatına görə, sərnişin avtobusu relsdən çıxaraq Lerez çayına uçub. Qəza nəticəsində 6 nəfərin öldüyü, 2 nəfərin yaralandığı açıqlanıb. Xəsarət alan avtobus sürücüsü və bir sərnişinin xəstəxanaya aparıldığı, axtarış-xilasetmə işlərinin yekunlaşdığı bildirilib.
Bildirilib ki, qəzanın səbəbi hələlik məlum deyil.
Səid İsaoğlu,
Sitat.info