Ukraynanın Xerson şəhərində vətəndaşlar tərəfindən yaradılmış casus şəbəkəsi Moskvanın planlarını alt-üst edib. Xalq öz səyləri ilə və Ukrayna təhlükəsizlik qüvvələrinin rəhbərliyi altında şəhərdə rus əsgərlərini çətin vəziyyətə salıb. Ukrayna ordusunun bölgəni geri qaytarmasında casus şəbəkəsinin də böyük rolu olub.
Sitat.info xəbər verir ki, “The New York Times” martda Rusiya tərəfindən ələ keçirilən və noyabrda azad edilən şəhərin sakinləri və Ukrayna rəsmiləri ilə danışıb, casus şəbəkəsini təsvir edib.
Xəbərdə sayı 20-ni keçən casuslar arasında qocalar, tələbələr, təmirçilər və imkanlı cütlüyün olduğu yazılıb.
Fevralın 24-də başlayan Rusiya işğalından sonra Valentin Dmitroviç Yermolenko nəvəsi ilə birlikdə Ərazi Müdafiə Qüvvələrinə qatılıb. Lakin yerli xalq Ukrayna ordusunun bölgədən geri çəkilmə strateji qərarı ilə baş-başa qalıb.
Regional Müdafiə Qüvvələri əllərindəki köhnə və az sayda silahla rus ordusuna qarşı döyüşməyə başladılar. Lakin işğaldan bir neçə gün sonra rus bölməsinə qarşı pusquda 18 ukraynalı öldürüldükdən sonra Xersondakı üsyançılar taktikanı dəyişdilər.
Ərazi Müdafiə Qüvvələrinin üzvləri və digər mülki şəxslər şəhərdə rus qoşunlarına qarşı casusluq etməyə başlayıblar. Ukrayna təhlükəsizlik qüvvələri həmçinin Telegram kimi mesajlaşma proqramlarında şəxsi qruplar yaradaraq məlumat mübadiləsini təşviq ediblər.
Yermolenko və nəvəsi də könüllü olaraq casusluq edirdilər. 64 yaşlı kişi uzun müddət yaşadığı ərazidə hamını tanıyırdı.
Yermolenko deyir ki, onlara hər gün nə qədər rus əsgərinin şəhərdən keçdiyi və hara getdiyi ilə bağlı çoxlu video, səs yazısı və mesajlar gəlib. "Hər yerdə əlimiz var idi" - həyat yoldaşı Olena Yermolenko deyir.
Digər tərəfdən, rus ordusu casusluq edən mülki şəxsləri axtarırdı. Məlumatda çoxlu insanın döyüldüyü bildirilirdi.
Valentin Dmitroviç Yermolenko daha sonra yaxtalarını düzəltməyə çalışan və Xersonda ilişib qalan Oksana və Dmitro Yevminovlarla görüşüb.
Yermolenko və Yevminov rus patrullarına qarşı casusluq edərək çay kənarında vaxt keçirirdilər. Yevminovların yaxtasında silah və qumbaralar gizlədilib.
"Bir neçə həftə ərzində Ukrayna hakimiyyəti casus şəbəkəsinə daha çox sorğu göndərməyə başladı. Silahlarla bağlı şifrəli mesajlar aldığını bildirən Yermolenko vəzifəsinin tüfəng, güllə və qumbara daşımaq olduğunu bildirib. Casus şəbəkəsi sursatları mülki şəxslər vasitəsilə Ukrayna təhlükəsizlik qüvvələrinə çatdırmağa başlayacaqdı.
Şəhərdən kənarda olan, lakin casus şəbəkəsinin fəaliyyətini koordinasiya edən Xerson Rayon Şurasının sədri Oleksandr Samoylenko, qruplaşmanı belə təsvir edir:
Sistem bir zəncirin halqalarıdır. Real vaxt rejimində məlumat axını sayəsində iş qurulur. Samoylenko qüvvələri sentyabrın ortalarında ukraynalı əməkdaşların görüşünü təşkil edib və bir neçə həftə sonra rus kəşfiyyatçılarının qaldığı oteli bombalayıb. Bu hadisələrdən sonra Ukrayna noyabrın 11-də Xersona daxil olub.
Nərgiz,
Sitat.info