Kreml Ukraynanın sülh planını rədd etdi

15:35 27 Dekabr 2022

Kreml Ukraynanın şərtləri ilə sülh danışıqlarına razılıq vermək fikrində deyil. Kiyev isə müharibəyə son qoymaq planını BMT-də keçiriləcək sülh sammitində təqdim etmək niyyətindədir.

Sitat.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə açıqlamasında Rusiyanın yalnız öz şərtlərinə diqqət yetirəcəyini deyib. 

"Rusiya heç vaxt başqa insanların şərtlərinə əməl etməyib. Ruslar yalnız öz maraqlarına diqqət yetiriblər, əsasən də sağlam düşüncəyə üstünlük veriblər", - Peskov Moskvanın Ukraynanın şərtləri ilə bağlı danışıqlara hazır olub-olmaması ilə bağlı suala belə  cavab verib.
Öz növbəsində BMT-nin spikeri Florensiya  Nino-Martines çox ehtiyatlı cavab verib və qeyd edib ki, baş katib Antonio Quterreş Ukrayna və Rusiya üçün vasitəçilik etməyə hazırdır, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır,  

“Baş katibin keçmişdə dəfələrlə bəyan etdiyi kimi, o, yalnız bütün tərəflər onun vasitəçilik etməsini istədiyi təqdirdə  vasitəçilik edə bilər”, - Nino-Martinez bildirib.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti