Medvedevin öncəgörmələri: 2023-cü ildə nələr olacağını çox dəqiqliklə dedi

17:52 27 Dekabr 2022

Medvedev sosial şəbəkə hesabında 2023-cü ilə dair proqnozlarını paylaşıb.

Sitat.info xəbər verir ki, Medvedev, ABŞ-da vətəndaş müharibəsinin başlayacağı iddiası da daxil olmaqla, 10 maddə sadalayıb. 

Həmin maddələri təqdim edirik: 
1 - Neftin qiyməti bir barel üçün 150 dollara yüksələcək, eyni zamanda, təbii qazın qiyməti də 1000 kubmetr üçün 5 min dollara çatacaq.
2 - İngiltərə yenidən AB-yə daxil olacaq
3 - Böyük Britaniyanın qayıtması ilə Aİ məhv ediləcək, avro dövriyyədən çıxarılacaq. 
4 - Polşa və Macarıstan Ukraynanın dağıdılan qərb hissələrini ilhaq edəcək. 
5 - Almaniya və onun Polşa, Baltikyanı ölkələr, Çexiya, Slovakiya, Kiyev Respublikası kimi peyklərinin ərazilərini əhatə edən Dördüncü Reyx qurulacaq.
6 - Fransa ilə Dördüncü Reyx arasında müharibə başlayacaq. Bu prosesdə Polşa bölünəcək.

7 - Şimali İrlandiya Böyük Britaniyadan ayrılaraq İrlandiya Respublikasına qoşulacaq. 
8 - ABŞ-da vətəndaş müharibəsi başlayacaq, Kaliforniya və Texas müstəqilliklərini elan edəcəklər. Texas və Meksika ittifaq yaradacaq. Vətəndaş müharibəsindən sonra respublikaçılara qoşulacaq İlon Mask bəzi ştatlarda prezident seçkilərində qalib gələcək.
9 - Qiymətli kağızlar bazarı və maliyyə fəaliyyətləri ABŞ və Avropanı tərk edərək Asiyaya keçəcək. 
10 - Bretton Woods monetar idarəetmə sistemi çökəcək və bu, BVF və Dünya Bankının məhvinə gətirib çıxaracaq. Avro və dollar qlobal ehtiyat valyuta olmaqdan çıxacaq. Bunun əvəzində isə rəqəmsal valyutalardan səmərəli istifadə olunacaq.

Sevinc Cavadzadə,

Sitat.info



Xəbər xətti