Çin təhsil və iş üçün vizaların verilməsini sadələşdirir

18:20 27 Dekabr 2022

Rəsmi Pekin iş, təhsil və ya ailə qurmaq üçün Çinə səfər edən xarici vətəndaşlar üçün viza prosedurlarını sadələşdirəcək. 

Sitat.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Biz Çinə iş, biznesvə ya istehsal fəaliyyətini bərpa etmək,  təhsil almaq, habelə qohumlarını ziyarət etmək və ya ailəsinə qovuşmaq məqsədilə gələn xarici ölkə vətəndaşları üçün vizaların alınması prosedurlarını daha da sadələşdirəcəyik" .

 Dekabrın 26-da Çin Səhiyyə Komissiyası rəsmi internet saytında bildiriş dərc edib ki, 8 yanvar 2023-cü il tarixindən etibarən Çinə gələn insanlar yola düşməzdən 48 saat əvvəl COVID-19 üçün PCR testindən keçməli olacaqlar. Mənfi PCR test nəticəsi ilə sağlamlıq kodu olmadan Çinə gələ biləcək. Çinə daxil olanların hamısı üçün PCR testi və mərkəzləşdirilmiş izolyasiya ləğv ediləcək.

Sevinc,

Sitat.info



Xəbər xətti