Polşanın Lodz şəhərində xəstəxanada baş verən yanğında 1 xəstə ölüb, 2 işçi tüstüdən zəhərlənib.
Sitat.info xəbər verir ki, Polşanın Lodz şəhərində döş qəfəsi xəstəlikləri və reabilitasiya xəstəxanasında ötən gecə yanğın baş verib. Xəbərdarlıq üzərinə hadisə yerinə gələn yanğınsöndürənlər 40 nəfəri xəstəxanadan çıxarıb, bir nəfərin cəsədi isə otaqda aşkar edilib.
Ölən şəxsin 72 yaşlı xəstə olduğu müəyyən edilib. Yanğın nəticəsində xəstəxananın 2 işçisi tüstüdən zəhərlənib. İşçilər başqa xəstəxanada müalicə altına alınarkən, yanğınsöndürmə briqadalarının 3 saatlıq çalışmasından sonra xəstələr səhər saatlarında xəstəxanadakı otaqlarına qayıda biliblər.
Hadisə ilə bağlı polisin başlatdığı araşdırma davam edərkən, yanğının xəstənin siqaret çəkməsi nəticəsində başladığı düşünülür.
Seymur Bənnayev
Sitat.info