İranda məmurlar 12 yaşlı uşağı qətlə yetirib

23:32 27 Dekabr 2022

Hormozqan əyalətində hökumət məmurlarının minik avtomobilinə açdığı atəş nəticəsində 12 yaşlı Səha Etibari həyatını itirib. 

Sitat.info xəbər verir ki, hadisə dekabrın 25-də Hormozqan əyalətində baş verib. 

Minik avtomobilinin polislərin "dayan" əmrinə tabe olmadığı üçün atəşə tutulduğu bildirilir. 

Hormozqan əyalətinin polis rəisi polkovnik Mehrdad Müşəvviq atəşə tutulan minik avtomobilində narkotik maddə daşındığını iddia edib. 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti