İranda aksiyalar zamanı hökumət məmurları tərəfindən öldürülən etirazçıların sayı açıqlanıb.
Sitat.info xəbər verir ki, 17 sentyabr - 27 dekabr tarixləri ərzində İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 507 nəfərin hökumət məmurları tərəfindən qətlə yetirilib.
Bununla yanaşı, saxlanılanların sayı 18.533 nəfərə çatıb. Onlardan 4.108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunanlardan 665-i tələbədir.
Bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri etirazları dəstəkləyiblər.
Səid İsaoğlu,
Sitat.info