Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) Ukraynada fevralın 24-dən dekabrın 26-na kimi başlayan müharibədə ümumilikdə 6884 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, onlardan 429-u uşaqdır. OHCHR-in dərc etdiyi hesabatda 10 aydır davam edən Ukrayna-Rusiya müharibəsində mülki itkilərin və yaralananların sayı açıqlanıb.
Hesabatda müharibə zamanı həlak olanların 2719-u kişi, 1832-si qadın, 429-u uşaq, 1904-ü isə cinsiyyəti müəyyən edilə bilməyən böyüklər olmaqla ümumilikdə 6884 nəfərin həyatını itirdiyi açıqlanıb.
Ukraynadakı döyüşdə yaralananların sayı 10 min 947-dir. Onlardan 2364 nəfəri kişi, 1709 nəfəri qadın, 800 nəfəri uşaq, 6074 nəfəri isə cinsiyyətini müəyyən etmək mümkün olmayan böyüklər olub.
Hesabatda həlak olanların və yaralananların əksəriyyətinin ağır silahlardan istifadə nəticəsində baş verən partlayışlar olduğu bildirilib.
Seymur,
Sitat.info