ABŞ-da Nümayəndələr Palatası sosial şəbəkə platforması TikTok tətbiqinin üzvlərinin və əməkdaşlarının istifadə etdiyi rəsmi cihazlara yüklənməsini qadağan edib.
Sitat.info xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının İcraçı Direktoru Ofisi Nümayəndələr Palatasının üzvlərinə və işçilərinə elektron poçt vasitəsilə qadağanı elan edib.
Açıqlamada qeyd edilib ki, “kibertəhlükəsizlik idarəsi TikTok tətbiqini yüksək təhlükəsizlik riski hesab edib” və artıq dövlətə məxsus cihazlarda quraşdırılmış bu proqramlar silinməlidir.
Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Chris Wray də TikTok-a nəzarətin Çin hökumətinin əlində olduğunu bildirərək, bunun ABŞ üçün milli təhlükəsizlik narahatlıqlarını artırdığı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, TikTok Əməliyyatlar rəhbəri Vanessa Pappas isə sentyabr ayında ABŞ Senatında keçirilən iclasda Çin hökumətinin tətbiqin məlumatlarına çıxışı olmadığını bildirmişdi.
Seymur Bənnayev
Sitat.info