Rusiyanın xarici işlər naziri Lavrov iddia edib ki, Pentaqondakı bəzi məmurlar Kremlə nöqtə vuruşu etməklə Rusiya lideri Putini sıradan çıxarmağı planlaşdırırlar.
Dünya davam edən Ukrayna müharibəsi ilə yeni ilə qədəm qoymağa hazırlaşarkən, Rusiya ilə Qərb arasında ziddiyyətlər pik həddə çatır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün sensasion açıqlama ilə çıxış edib. O, ABŞ-ın Rusiya prezidenti Vladimir Putini nöqtə atəşi ilə fiziki olaraq məhv etməyə hazırlaşdığını iddia edib.
Sitat.info xəbər verir ki, dünən səhər saatlarında Rusiyanın rəsmi TASS xəbər agentliyinə geniş açıqlama verən Lavrov, Qərblə Rusiya arasındakı uçurumun getdikcə dərinləşdiyini vurğulayaraq deyib ki, ABŞ düşmənçilikdə ən pik nöqtəyə çatıb. Pentaqon bəzi naməlum məmurlar sərsəm planlar qurmağa başladılar. Onlar Kreml sarayında atışma törədib prezident Vladimir Putini fiziki cəhətdən aradann götürmək barədə düşünürlər. Eşitdiyimiz bu iddialar doğrudursa, bu cür çılğınlığı planlaşdıranlar atacaqları addımın nəticələrini çox diqqətlə düşünməlidirlər”, - deyə o bildirib.
Son günlər Ukrayna müharibəsini bitirmək üçün Rusiya lideri Putinin sıradan çıxarılması ilə bağlı xəbərlərə Qərbdə heç bir izahat verilməsə də, Lavrovun sözləri “bomba” effekti yaradıb.
Ötən ilin sentyabrında Qərbdə Rusiyanın Ukrayna müharibəsində nüvə silahından istifadə edə biləcəyi polemikasının gücləndiyi vaxt Amerikanın “Newsweek” jurnalı da oxşar məzmunlu məqalə ilə gündəmə gəlmişdi. Məqalədə o, Putinin nüvə düyməsini basacağı təqdirdə ABŞ-ın Rusiyaya nüvə silahı ilə cavab vermək əvəzinə, “nüvə müharibəsi tətiyini” olduğu yerdə aradan qaldırmaq üçün adi döyüş sursatları ilə işarə vurmağı planlaşdırdığını açıqlayıb.
Sergey Lavrovun 3 ay əvvəl mətbuatda yer alan iddialara əsaslanaraq “Putinin məhv edilməsi” məsələsini gündəmə gətirməsi siyasi müşahidəçilər tərəfindən Moskva administrasiyasının ciddi fəallığı kimi qəbul edilib.
Məğrur,
Sitat.info