Ofis kompüterindən 275 saat oyun oynadı, maaşı kəsildi!

12:51 28 Dekabr 2022

Yaponiyanın Yokohoma şəhərində bir bələdiyyə işçisinin 9 ayda ofis kompüterində 275 saat oyun oynadığı aşkar edildikdən sonra maaşından kəsilib. 

Sitat.info xəbər verir ki, Yaponiyanın Yokohoma Bələdiyyəsinin Kadastr İdarəsində çalışan bir bələdiyyə işçisinin 9 ay ərzində ofis kompüterində cəmi 275 saat oynadığı müəyyən edilib.

Hadisə cəzalandırılan əməkdaşın iş yoldaşının “Çoxlu tıqqıltı eşitdim, bunun qeyri-təbii olduğunu düşündüm, onu müşahidə edəndə oyun oynayırdı” deməsi ilə üzə çıxıb.

Araşdırmalar nəticəsində 2021-ci ilin dekabr-2022-ci ilin avqust aylarında gündə 30 dəqiqədən 3 saata qədər cəmi 275 saat kart oynayan, sudoku və bulmacalar həll edən işçi, “İşimə təsir etmədiyi müddətcə bir az oyun oynamağın uyğun olacağını düşündüyüm üçün oynamağa qərar verdim" - deyə bildirdi.

Bildirilib ki, İntizam Şurasına göndərilən işçiyə 5 ay müddətində maaşından 10 faiz tutulma edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti