ABŞ-ın Nyu-York ştatında güclü qar fırtınası nəticəsində göl kənarındakı restoranın çölü tamamilə donub.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın böyük bir hissəsinə təsir edən qar fırtınası davam edir.
Ölkə daxilində soyuq dalğa səbəbindən indiyədək 65 nəfər ölüb, ölümlərdən 34-ü Nyu York əyalətində qeydə alınıb.
Həyatın dayandığı ştatda Eri gölünün sahilində yerləşən "Hoak's Lakeshore" restoranı da donub. Restoranın çöl hissəsi tamamilə buzla örtülüb.