ABŞ-da qar fəlakəti: Gənc qız avtomobildə donub öldü

13:22 29 Dekabr 2022

Son qırx ilin ən böyük qar fırtınasını yaşayan ABŞ hər keçən gün ölüm sayı artmaqda davam edir.

Sitat.info xəbər verir ki, ABŞ-ı bir həftədir təsir altına alan arktik soyuqlar səbəbiylə həyatını itirənlərin sayı ölkə daxilində 65-ə çatıb.

Bufalloda avtomobilində kömək gözləyərkən donaraq ölən qadın xilasetmə qrupları tərəfindən aşkarlanıb. Xilasedicilərin fəaliyyəti qar fırtınası ilə mübarizədə yetərsiz qalıb.

Qohumları CNN-ə bildiriblər ki, iş üçün Şimali Karolinadan Buffaloya köçən 22 yaşlı Annendel Taylor həftə sonu evə gedərkən avtomobilində qapalı qalıb.

Taylorun qohumları bildiriblər ki, gənc qız yaşlılar mərkəzindəki işindən ayrıldıqdan sonra evdən 6 dəqiqə uzaqda qaldığını bildirib və sonra əlaqə kəsilib.

Taylorun böyük bacısı Tomeşia Braun, son videosunda bacısının tamamilə qarlı bir mühitdə avtomobilində xillasediciləri gözlədiyi məlumatını paylaşıb.

Braun deyib ki, Taylor benzini bitənə qədər maşında gözləyəcəyini və polis gəlməsə, evə piyada getməyə çalışacağını deyibmiş.

Taylorun soyuqdan donmamaq üçün bir müddət sonra avtomobilinin şüşəsini sındıraraq çölə çıxdığını bildirən ailəsi, gənc qızın telefonunun yerini Facebook-da paylaşdıqlarını və onun həyatını itirdiyi  hadisədən sonra öyrəndiklərini bildirdilər. 

 
ABŞ-da qar fırtınası və şaxtalı hava səbəbindən həyatını itirənlərin yarıdan çoxu Nyu-Yorkun Eri qraflığının sakinləridir.

Fırtınanın ən təsirli olduğu Kanada sərhədindəki Buffalo şəhərində həyat dayanıb. 34 nəfərin həyatını itirdiyi şəhərdə qapalı qalanlara qida, isti su, ədyal kimi materiallar çatdırılır. .

Erie əyalətinin administratoru Mark Poloncarzın sözlərinə görə, Buffalo şəhərində fəaliyyət göstərən Milli Qvardiya evsiz və yaşlı insanların vəziyyətini yoxlamaq üçün qapı-qapı gəzir.

Nərgiz,

Sitat.info



Xəbər xətti