Ukraynanın rəqəmsal transformasiya naziri Mihalio Fedorov “SpaceX” tərəfindən istehsal olunan “Starlink” sistemi üçün İlon Maska "diz çökərək yalvardığını" söyləyib.
Sitat.info-nun məlumatına görə, Fedorov, Mask tərəfindən göndərilən pilotsuz təyyarələrin və Starlink peyk internet sistemlərinin müharibənin gedişinə əhəmiyyətli təsir göstərdiyini bildirib.
Paytaxt Kiyevdə 30 minə yaxın mobil baza stansiyasının olduğunu bildirən nazir, Rusiyanın elektrik infrastrukturuna hücumları səbəbindən bəzi dövrlərdə onların yarıdan çoxunun sıradan çıxdığını bildirib.
Mobil rabitə və internet sistemlərinin müharibədə çox vacib olduğunu vurğulayan Fedorov, Starlink-in hələlik bunlara yeganə alternativ olduğunu ifadə edib.
Fedorov, Maskdan Starlink peyk sistemləri göndərməsini istəməsi haqqında, "Mən orada diz çökdüm, onlara Ukrayna ilə işləməyə başlamalarını xahiş etdim və dünya rekordunu qıracağıma söz verdim" – deyib./Manset.az