Peskov nöqtə qoydu: Azərbaycan razı olmasa...

16:09 29 Dekabr 2022

Qarabağda yerləşən Rusiya sülhməramlılarına BMT mandatının verilməsi, habelə beynəlxalq qüvvələrin mümkün cəlb edilməsi üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazımdır.

Sitat.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Münaqişənin hər iki tərəfi bununla razılaşarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Bu, təkcə Ermənistan deyil, həm də Azərbaycandır”, - Peskov vurğulayıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatını alması və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərməsi məqsədi ilə müzakirəyə başlamalıdır./Publika.az



Xəbər xətti