Yaponiya hökuməti öncəki həftə Şimali Koreyanın nüvə və raket proqramlarının və Çinin Sakit Okeandakı təsirinin artdığını əsas gətirərək müdafiə siyasətini dəyişmişdi.
Sitat.info xəbər verir ki, baş nazir Kişida Fumio hökuməti bu ay üç milli doktrinasını yenilədi: Milli Təhlükəsizlik Strategiyası, Milli Müdafiə Əsasları və Uzunmüddətli Müdafiə Proqramı.
Yenilənmiş müdafiə siyasətlərinə görə, Çin “ən böyük strateji çağırış”, Şimali Koreya isə “əvvəlkindən daha ciddi və qaçılmaz təhlükə” kimi təsvir edilib.
Yeni müdafiə siyasətlərində Yaponiyanın İkinci Dünya Müharibəsindən sonra “ən çətin və mürəkkəb təhlükəsizlik vəziyyəti” ilə üzləşdiyi və raketdən müdafiə qabiliyyətini artırdığı vurğulanıb.
Qeyd edilib ki, Yaponiya “raketdən müdafiə sisteminin təkbaşına öhdəsindən gələ bilməz, Çin və Şimali Koreya kimi ölkələr əsasən öz raket istehkamlarını yenidən təchiz edir”.
Baş nazir Kişida tərəfindən təsdiqlənən 2023-cü ilin aprel-2024-cü ilin mart aylarını əhatə edəcək 114,3 trilyon yen (təxminən 855 milyard dollar) büdcə layihəsində milli müdafiə xərcləri rekord həddə çatdı.
Büdcə layihəsinə əsasən, müdafiə xərclərinə 6,8 trilyon yen ayrılacaq. 896 milyard yen müdafiə "Ar-ge" fəaliyyətlərinə ayrılacaq ki, bu da cari maliyyə ilindəki tranşdan üç dəfə çoxdur.
Nərgiz,
SİTAT.İNFO