Cənubi Koreyada tuneldə yanğın: 5 nəfər öldü, 37 yaralı var

19:37 29 Dekabr 2022

Cənubi Koreyanın Qvaçeon şəhərində tuneldə yanğın baş verib. Hadisə zamanı 5 nəfər həyatını itirib, 37 nəfər yaralanıb. İstintaq davam edərkən, alov 2 saat yarımdan sonra söndürülüb.

Sitat.info xəbər verirr ki, Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən Qvaçeonda yerli vaxtla saat 13:49-da tuneldə yanğın baş verib.

Rayona polis, təcili yardım, 4 yanğınsöndürən maşını, 219 yanğınsöndürən və helikopter göndərilib. Hadisədə 5 nəfər ölüb, 37 nəfər yaralanıb

 İlkin məlumata görə, yanğın avtobusla yük maşınının toqquşması nəticəsində baş verib.

Hadisə ilə bağlı başladılan araşdırma aparılır. 

Səid,

Sitat.info



Xəbər xətti