Tanınmış yazıçı Stiven Kinq Ukrayna ilə bağlı Yeni il arzusunu bölüşüb.
Sitat.info xəbər verir ki, o, Rusiyanın işğalçı və terrorçu olduğunu deyərək, Ukraynanı dəstəkləyib.
Məşhur amerikalı yazıçı Stiven Kinq Twitter hesabında 2023-cü ildə nə arzuladığı sualına qısaca cavab verib: “Ukraynada sülh”.
Stiven Kinq Ukraynanı əvvəl də dəstəkləyib.
Fevralın 24-dən dərhal sonra yazıçı Rusiyada kitab nəşrini dayandırdığını açıqladı. O, həmçinin öz Twitter bloqunda üzərində üzərində “Ukraynanın yanındayam” (“I stand with Ukraine”) yazısı olan köynəkdə fotosunu paylaşıb.
Seymur,
Sitat.info