Rusiyanın Ukraynaya qarşı “hərbi əməliyyatı”nın 10-cu ayını arxada qoyduğu bir vaxtda münaqişələr tam sürətlə davam edir.
Sitat.info xəbər verir ki, Rusiya ötən gecə Ukraynaya onlarla raket atıb.
Dünən səhər saatlarında paytaxt Kiyev, Zitomir və Odessa da daxil olmaqla bir sıra şəhərlərdə partlayış səsləri eşidilib.
Prezidentin müşaviri Oleksiy Arerestoviç səhər saatlarında bir neçə dalğada 100-dən çox raketdən istifadə etməklə "böyük hava hücumu" həyata keçirildiyini açıqlayıb. Ukrayna lideri Vladimir Zelenskinin müşaviri Mixail Podolyak da Rusiyanın son həftələrdə ən böyük hava hücumlarından birini həyata keçirdiyini və 120-dən çox raket atdığını açıqlayıb. Kiyevdə 3 nəfər yaralanıb, Lvovda isə elektrik enerjisi kəsilib. Kiyev meri Vitali Kliçko: “Kiyevdə elektrik enerjisi kəsilə bilər, telefonları və digər cihazları doldurun, su ehtiyatı toplayın” dedi.
Seymur Bənnayev
Sitat.info