Noyabrın 1-də İsraildə keçirilən seçkilərdə qalib gələn Likud Partiyasının lideri Benyamin Netanyahu 37-ci hökuməti formalaşdırıb. İsrailin ən uzunmüddətli baş naziri və sağçı hökumətin lideri olan Netanyahu altıncı dəfə baş nazir kimi and içib.
Netanyahunun and içməsindən sonra kürsüyə çıxan nazirlər rəsmi olaraq vəzifələrinə başlayıblar. Netanyahunun kabinetində 5-i qadın olmaqla 31 nazir var.
Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası 32 mandatla birinci, keçmiş baş nazir Yair Lapidin rəhbərlik etdiyi Yeş Atid 24 mandatla ikinci, Benni Qantsın rəhbərlik etdiyi Milli Birlik Partiyası isə 12 yerlə üçüncü partiya olub.
Netanyahunun başçılıq etdiyi sağçı blok 120 yerlik parlamentdə 64 yer qazanıb ki, bu da hökuməti formalaşdırmaq üçün kifayət qədər səs çoxluğudur.
Yüzlərlə etirazçı İsrail parlamenti Knessetin qarşısına toplaşaraq Netanyahunun and içməsinə və yeni hökumət qurmasına etiraz ediblər. Əllərində İsrail bayraqları ilə şüarlar səsləndirən etirazçılar “Qaranlığı qovun”, “Bibi və Ben Qvir demokratiyanı məhv edir” deyərək hökumətə səslənib.
Nərgiz,
Sitat.info