İran Hörmüz boğazının şərqi ilə Hind okeanının şimalı arasındakı Kask bölgəsində hərbi təlimlərə başlayacaq.
Sitat.info İranın Tasnim Xəbər Agentliyinə istinadən xəbər verir ki, İran Ordusunu admiralı Həbibullah Seyyari “Zülfüqar 1401” adlanan təlimin ötən gün axşam ordunun müxtəlif bölmələrinin iştirakı ilə başladığını deyib.
Seyyari bildirib ki, təlim Hörmüz boğazının şərqi ilə Hind okeanının şimalı arasındakı Kask bölgəsində keçiriləcək.
İran komandiri qeyd edib ki, hava, quru və dəniz qüvvələrinin iştirakı ilə keçirilən təlimin məqsədləri arasında “xüsusi mühitlərdə, o cümlədən kimyəvi, mikrob və nüvə ilə çirklənmiş mühitlərdə əməliyyatların aparılması imkanlarının təkmilləşdirilməsi, elektron müharibə və əlverişsiz hava şəraitində savaşa bilməkdir”.
Seyyari əlavə edib ki, İran pilotsuz uçuş aparatları ilə “düşmən qüvvələrinə qarşı məlumat toplama və kəşfiyyat əməliyyatları” təlimləri keçirəcək.
İran komandiri təlimin nə vaxt bitəcəyi ilə bağlı məlumat verməyib.
Məğrur,
SİTAT.İNFO