Hələ Rusiya-Ukrayna müharibəsi başlamazdan öncə dünya siyasi arenasında belə bir fikir mövcud idi ki, Putin SSRİ-ni bərpa etmək istəyir. Belarus, Qazaxıstan və digər ölkələrdə Rusiyanın əli ilə baş verənlər, daha sonra isə Ukraynaya hücum bu iddiaları bir qədər də gücləndirdi. Zaman-zaman Rusiya rəsmiləri çıxıb bu fikri təkzib ediblər.
Onlardan növbəti bir fikir Peskovun dilindən səslənib.
O deyib ki, Sovet İttifaqı Rusiya tarixinin ayrılmaz hissəsidir, onun dağılmasına peşman olmayanların ürəyi, onu bərpa etmək istəyənlərin isə beyni yoxdur.
Sitat.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti bunu Vladimir Putinə istinadən bildirib.
"Bu, təxminən iki-üç saatlıq mühazirə mövzusudur. Nə qədər mühazirəçi olacaqsa, o qədər fərqli baxışlar olacaq. Mən belə mühazirəçilərdən biri olmaq istəməzdim. Mən, tək şey deyə bilərəm ki, Sovet İttifaqı tariximizin ayrılmaz hissəsidir”, - Peskov jurnalistlərin SSRİ-nin dağılmasından hansı əsas dərsləri çıxarmaq olar sualına cavabında deyib.
Daha sonra Rusiya Prezidentinin mətbuat katibi Putindən sitat gətirib. “Sizə Putinin sözlərini xatırlatmaq istəyirəm ki, Sovet İttifaqının dağılmasına görə peşman olmayanların ürəyi onu bərpa etmək istəyənlərin isə beyni yoxdur”, - deyə Kremlin sözçüsü yekunlaşdırıb.
Qeyd edək ki, dekabrın 30-da SSRİ-nin yaranmasının 100 illiyi tamam olur.