"2024-cü ildə keçiriləcək prezident seçkiləri 2023-cü ildə Vladimir Putinin işində əsas amil olmayacaq, onun üçün ən vacibi real əməllərdir".
Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov deyib.
Peskov deyib ki, Putin üçün seçkilər heç vaxt əsas olmayıb, önəmli olan işdir və nəticədir: " Xüsusilə söhbət ölkəmizin tarixində hər kəsin məsuliyyətinin qat-qat artdığı belə taleyüklü məqamdan gedirsə...”, - Peskov deyib.
Peskov vurğulayıb ki, belə bir ərəfədə ölkəsinin başladığı müharibə qələbə ilə bitməlidir.
Nərgiz,
Sitat.info