Uzun müddətdir yoğun bağırsaq xərçəngi ilə mübarizə aparan braziliyalı əfsanəvi futbolçu Pele dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, noyabrın 29-dan xəstəxanada kimyaterapiya alan braziliyalı ulduzdan axşam saatlarında kədərli xəbər gəlib. Braziliya mətbuatı 82 yaşlı əfsanəvi futbolçu Pelenin ölüm xəbərini yayıb.
1958, 1962 və 1970-ci illərdə Dünya Kubokunu qazanan Braziliya Milli Komandasının ən önəmli adlarından biri olan Pele Maradona ilə birlikdə dünyanın ən yaxşı futbolçuları arasında göstərilib.
Bu gün Türkiyə prezidenti Ərdoğan sosial media hesabından Pelenin ölümü ilə bağlı başsağlığı verib. Ərdoğan mesajında, "Dünya futbolunun ən böyük adlarından biri olan Pelenin vəfatından dərin kədərləndim. Braziliya xalqının bu böyük ağrısını ürəkdən paylaşır, onun ailəsinə, azarkeşlərinə və bütün idmançılara başsağlığı veririk"- deyib.
Məğrur,
Sitat.info