Ukraynanın paytaxtı Kiyev yenidən raket zərbələrinə məruz qalıb.
Sitat.info xəbər verir ki, şəhərdə "Sığınacaqlarda qalın!" siqnalları verilməyə başlayıb.
Kiyev meri Vitali Klişko teleqram hesabında məsələyə aydınlıq gətirib.
"Şəhərə atılan raketlərdən biri paytaxtın Solomenski rayonundakı yaşayış binaları arasında eşidilib. Bütün xidmətlər çalışır, həkimlər artıq hadisə yerindədirlər", - deyə mer bildirib.
Raket zərbəsi nəticəsində dağılan binalardan birinin hotel olduğu qeyd olunub.
Ölən və xəsarət alanlar barədə əlavə məlumat verilməyib.\Qafqazinfo