Bu gün səhər saatlarından etibarən qatı duman səbəbindən tranzit gəmilərin Türkiyənin Dardanel boğazı ilə hərəkəti dayandırılıb.
“Sitat.info” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ölkənin Gəmi Hərəkəti Xidmətləri İdarəsindən verilən məlumata görə, yerli vaxtla saat 05.30-dan etibarən boğazdan hər iki istiqamətdə tranzit gəmilərə məhdudiyyət tətbiq edilir. Duman çəkiləndən sonra boğazda hərəkətin bərpa olunacağı bildirilir.
Yerli bərə xidməti isə hazırda fəaliyyətini davam etdirir.
/Qafqazinfo