İsrail ordusunun Dəməşq Beynəlxalq Hava Limanına təşkil etdiyi raket hücumunda 2-si rejim əsgəri olmaqla 4 nəfərin həlak olduğu bildirilib.
Sitat.info xəbər verir ki, İsrail ordusu yerli vaxtla saat 02:00 radələrində Dəməşq Beynəlxalq Hava Limanı və ətrafına raket zərbəsi endirib.
Yerli mənbələrdən verilən açıqlamada İsrailin İranın dəstəklədiyi cavab qruplarına aid mövqeləri hədəfə aldığı hücumda 2-si rejim əsgəri olmaqla 4 nəfərin şəhid olduğu bildirilib.
Suriya rəsmi xəbər agentliyi hücumdan sonra fəaliyyətini dayandıran hava limanının yerli vaxtla saat 09:00-da yenidən açıldığını açıqlayıb.
Qeyd edək ki, təxminən 7 ay əvvəl İsrail İranın dəstəklədiyi milislər və Livan Hizbullahının mövqeləri ilə əhatə olunmuş Dəməşq hava limanına hücum edib.
İyun ayında hava limanına edilən hücum infrastruktura və uçuş-enmə zolağına ziyan vurmuşdu. Xidmətdən çıxmış hava limanı 2 həftə sonra fəaliyyətini bərpa etmişdi.
Seymur Bənnayev
Sitat.info