Nyu-Yorkda cəsədləri komposta çevirmək üçün icazə

20:50 2 Yanvar 2023

ABŞ-ın Nyu-York ştatında meyitlərin komposta çevrilməsi prosesi, digər adıyla "insan kompostu" təsdiqlənib. 

Sitat.info xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında artıq cəsədləri komposta çevirmək olar.

Nyu York qubernatoru Keti Hochul tərəfindən ötən şənbə günü təsdiq edilən qərara əsasən, cəsədlər "insan mayalanması" adı altında komposta çevriləcək.

Basdırmaq və yandırmaqdan daha ekoloji cəhətdən təmiz bir alternativ olduğu düşünülən prosesdə cənazə yonqar, yonca, saman kimi xüsusi materiallarla bağlı qapalı qabda təxminən bir aya yaxın saxlanılır.

Prosesdən sonra zərərli komponentlərin çirklənməsinin qarşısını almaq üçün meyitə istilik tətbiq olunur və yaranan torpaq mərhumun yaxınlarına verilir.

Qeyd edək ki, ABŞ-ın Vaşinqton ştatı 2019-cu ildə cəsədlərin komposta çevrilməsini təsdiqləyən ilk ştat olmuşdu. Vaşinqtondan sonra Kolorado, Oreqon, Vermont və Kaliforniya ştatları “insan mayalanma” prosesini təsdiqləyən ştatlar arasında olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti