İsrail mediası: Müdafiə Nazirliyi İrana mümkün hücum üçün büdcənin artırılmasını tələb edir

21:24 2 Yanvar 2023

Bildirilib ki, İsrail Müdafiə Nazirliyi İrana mümkün hücuma hazırlıq məqsədilə büdcəsinin artırılmasını istəyib.

Sitat.info xəbər verir ki, İsrail İctimai Yayım Korporasiyası (KAN) adını açıqlamadığı təhlükəsizlik mənbəsinə əsaslanaraq, mövzu ilə bağlı xəbər dərc edib.

Xəbərdə, Müdafiə Nazirliyinin 2023 və 2024-cü illər üçün 10 milyard şekel (2,8 milyard dollar) artım tələb etdiyi, bunun da cari büdcədə 12 faiz artıma uyğun gəldiyi bildirilib.

Xəbərdə belə bir tələbin İrana qarşı mümkün hərbi hücuma hazırlıq və nazirliyin büdcəsindəki inflyasiyanın yaratdığı ərimə səbəbilə edildiyi bildirilib.

Hökumətin yeni məqsədləri: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq

İsrailin baş naziri Benyamin Netanyahunun yeni qurulan hökumətinin məqsədlərindən biri də İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Keçən il bir çox İsrail rəsmiləri İranın nüvə silahına malik olacağı təqdirdə ordunun mümkün hərbi hücuma hazırlaşdığını bildirmişdi.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti