Ötən gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qəbul etdiyi tarixi qərar İsraili dəli edib.
Sitat.info xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının İsrailin Fələstin ərazilərini işğalının hüquqi nəticələri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsindən “məsləhət rəyi” tələb etmə qərarına reaksiya verib. "Bugünkü alçaq qərar İsrail hökuməti üçün məcburi olmayacaq", - Netanyahu bildirib.
Netanyahu yəhudi xalqının Fələstin torpaqlarını və Qüdsün “əbədi paytaxtı”nı işğal etmədiyini, BMT-də qəbul edilən qərarın bu tarixi həqiqəti dəyişdirməyəcəyini bildirib.
BMT Baş Assambleyasında keçirilən səsvermədə 87 üzv ölkə lehinə, 26 ölkə, o cümlədən İsrail və ABŞ əleyhinə səs verib, 53 ölkə bitərəf qalıb.
Ekspertlər bu qərarın Netanyahunun baş nazirliyi altında yeni qurulan ifrat sağçı hökuməti məcbur edəcəyini proqnozlaşdırırlar.
Seymur Bənnayev
Sitat.info