NASA-nın direktoru Bill Nelson, "Çin Ayı öz ərazisi elan edə bilər" dedi.
Sitat.info xəbər verir ki, ABŞ Kosmik və Aviasiya Administrasiyasının (NASA) rəhbəri Bill Nelson özünə məxsus kosmik stansiya qurmağa hazırlaşan Çinə açıqlamalar verib.
Çinin Ayı öz ərazisi kimi iddia edə biləcəyini və ABŞ astronavtlarının Aya enişini qadağan edə biləcəyini ifadə edən Nelson, "Mən və NASA-dakı digər mütəxəssislər Çinin Aya çatdıqda burada nə etməyi planlaşdırdığından ABŞ adından getdikcə daha çox narahat oluruq. Ay.Özünə məxsus kosmik stansiya qurmağa çalışan Çin yaxın gələcəkdə Ayı öz ərazisi elan edə bilər.Bu ölkə Ayın səthində resurslarla zəngin yerlər tutmağa çalışır.Fövqəl güclərin yarışda olduğu bir həqiqətdir. "Biz diqqətli olaq ki, Çin elmi araşdırma adı altında Ayda heç bir yerə getməsin. Dediyim kimi, Çin yaxın gələcəkdə digər ölkələrə "Buradan gedin. Çünki biz buradayıq, Ay bizim nəzarətimizdədir'" dedi.
Seymur Bənnayev
Sitat.info