Türkiyəli məşhur aktyor Hollivud ulduzu ilə döyüşdü - VİDEO

17:27 4 Yanvar 2023

Britaniyalı rejissor Qay Riçinin Antalyada çəkdiyi "Sərvet Əməliyyatı" filmində Türkiyənin məşhur aktyoru Kaan Urqancıoğlu da yer alıb.

Sitat.info xəbər verir ki, ekran işinin türk treyleri yayımlanıb.

Filmdə Hollivud ulduzu Ceyson Statham və Kaan Urqancıoğlunun qarşılıqlı döyüş səhnələri xüsusilə diqqət çəkib.

Xyu Qrant, Obri Plaza və Coş Hartnett kimi Hollivud ulduzlarının rol aldığı filmdə həmçinin Tim Seyfi, Ozan Ayhan, Ergün Kuyucu və Aksel Üstün kimi türk sənətçiləri də çəkilib.

Ekran işi dünyanı təhdid edə biləcək ölümcül silahı məhv etmək üçün silah ticarəti ilə məşğul olan milyarderin izinə düşən M16 agenti Orson Fortune və qrupunun hekayəsindən bəhs edir.

/Publika.az




Xəbər xətti