Talibandan şok qadağa: Qadınların kişi həkimə getməsi qadağan edildi

14:14 18 Yanvar 2023

Əfqanıstanda nəzarəti ələ keçirən Taliban administrasiyası qadınlara qarşı bir çox məhdudiyyətlər qoysa da, son gələn xəbərlər ağlasığmaz xarakter daşıyır.

Sitat.info xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlər ölkənin Bəlx vilayətində qadın xəstələrin kişi həkimlərin yanına getməsini qadağan edib.

 2021-ci ilin avqustunda Əfqanıstanda hökmranlığını bərpa edən Taliban rəhbərliyə başlayanda “bu dəfə fərqli olacaq” demişdi. Lakin o vaxtdan bəri həyata keçirilən siyasətlər dünya miqyasında əks-səda doğurdu. Ölkə mətbuatında yayılan xəbərlərə görə, Taliban administrasiyası bu yaxınlarda qadınların kişi həkimlərin yanına getməsini qadağan edib.

QADIN HƏKİM HARADA TAPACAQLAR?'
Əfqanıstan mətbuatında yayılan xəbərlərə görə, Bəlx şəhərində kişi həkimlərə qadın xəstələri, qadın həkimlərə isə kişi xəstələri qəbul etməmək göstərişi verilib. Ölkə daxilində bir çox qurum qadınların məşğulluğunu məhdudlaşdırsa da, qadın xəstələrin qadın həkim tapma ehtimalı müzakirə mövzusu idi.

 Talibanın Bəlx Əyaləti İşləri İdarəsi də “kişi və qadın tibb işçiləri üçün iş otaqlarının ayrılması lazım olduğunu” bildirib. Açıqlamada əlavə edilib ki, kişi xəstələr kişi həkimlərin, qadın xəstələr isə qadın həkimlərin qəbuluna yazılmalıdır, kişilərin isə qadın xəstələrin olduğu otaqlara daxil olması qəti qadağandır. 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti