Ukrayna müharibəsi bitməmiş yeni böhran... Flaş qərar: Qadınları da hərbiyə götürdülər!

16:26 18 Yanvar 2023

Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. On minlərlə insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən, Tayvandan ani bir qərar gəldi.

Sitat.info xəbər verir ki, Çin və Tayvan arasındakı gərginlik uzun müddətdir azalmır və Çin işğalına qarşı hazırlıqlarını davam etdirən Tayvan hakimiyyəti ani bir qərar verib.

Tayvan Çinin işğalı halında qadınlara da ehtiyat əsgər təhsili veriləcəyi açıqlandı.

Bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Sözügedən açıqlamada bu ilin ikinci rübündə 220 qadın əsgərin təlimlərdə iştirakına icazə veriləcəyi bildirilib.

Qadınlar üçün hərbi təlim əvvəllər də Tayvanın gündəmində idi. Bəzi Tayvanlı siyasətçilər qadınlara hərbi təhsil verməməyin ayrı-seçkilik olduğunu müdafiə etmişdilər.

Lakin o zaman Müdafiə Nazirliyi orduda vəsait çatışmazlığı səbəbindən qadınların təlimlərə cəlb oluna bilməyəcəyini açıqlamışdı.

Qeyd edək ki, Tayvan və Çin 1949-cu ildə vətəndaş müharibəsi zamanı ayrılıb. Bununla belə, Çin hələ də adadakı ərazi iddiasını qoruyur.

Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və Çin hökuməti “dinc yolla birləşmə” adı altında Tayvanın idarəçiliyini öz üzərinə götürmək istəsə də, bu məqsədlə güc tətbiq etməkdən çəkinməyəcəyini bildirir.

Bundan əlavə, digər ölkələrin Tayvanla rəsmi əlaqə saxlaması Çin tərəfindən “suverenliyin pozulması” kimi qiymətləndirilir.

Şərqi Çin dənizində Yaponiyanın “Senkaku” və Çinin “Diaoyu” adlandırdığı arxipelaq iki ölkə arasında gərginlik səbəbidir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti