Polşa prezidenti: Kiyevə silah lazımdır

22:52 18 Yanvar 2023

"Ukraynanın səsinin eşidilmək lazımdır.  Kiyevin silaha ehtiyacı var. Mən bunu hər zaman deyirəm. Silaha ehtiyac kritik və çox vacibdir".
Sitat.info xəbər verir ki, Duda Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün gəldiyi İsveçrənin Davos şəhərində "Təhlükəsizlik və Sülhün bərpası" adlı sessiyada çıxış edib.

Rusiyanın güclü olduğunu vurğulayan Duda, qeyd edib ki,  çox sayda rus əsgəri cəbhədədir: "Qorxuram ki, onlar hazırda yeni hücuma hazırlaşırlar. Bu çox təhlükəlidir. Ukraynaya müasir tanklar və raketlər göndərməliyik, lakin ilk növbədə Rusiyanın hücumlarını dayandırmalıyıq"

Ukraynaya göndərilən yardımın kifayət etmədiyini vurğulayan Duda daha çox yardımın edilməsinin lazım olduğunu vurğulayıb.

Ölkəsinin Ukrayna ilə qonşu olduğunu xatırladan Polşa prezidenti , "Biz Avropa İttifaqının (AB) və NATO-nun üzvüyük. Biz ukraynalıları anlayırıq. Onların Qərbin siyasi cəmiyyətinin bir parçası olmaq istədiklərini bilirik. Biz Avropa İttifaqının (AB) və NATO-nun üzvüyik. Biz Ukraynalıları başa düşürük. Biz bilirik ki, onlar Qərbin siyasi cəmiyyətinin bir parçası olmaq istəyirlər. Biz Avropa İttifaqının (AB) və NATO-nun üzvüyük). Onlar NATO və Aİ-nin üzvü olmaq istəyirlər, amma ilk növbədə bu müharibədən qurtulmaq istəyirlər. Onları xilas etmək lazımdır. Ölkələrini, müstəqilliklərini qorumalıdırlar. Ona görə də onlara kömək etməliyik. Onlar demokratiya istəyirlər və biz demokratik ölkələrik. Ukraynalıların səsi eşidilməlidir. Biz onları dinləməliyik".

"Polşalılar ölkədə çoxlu ukraynalıların olmasından bezdilərmi?”sualına  Duda belə cavab verib:

"Mən xalqımızla fəxr edirəm. Onlar sərhədə heç bir qüvvənin təsiri ilə getməyiblər. Biz ukraynalılara qaçqın yox, qonaq deyirik. Onlar çox çətin vəziyyətdədirlər. Əgər Ukraynanı müdafiə etmək üçün döyüşən ukraynalı qəhrəmanlar üçün nəsə etməliyik. Biz uşaqları və bacıları qorumalıyıq. Əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim üçün normal davranışdır. Polşa Ukraynaya silah və müdafiə ilə kömək etməyə davam edəcək ". 

Nərgiz,

Sitat.info



Xəbər xətti