“Microsoft” şirkəti 10 min işçisini ixtisar edəcək

23:04 18 Yanvar 2023

ABŞ-ın texnologiya şirkətlərindən biri olan Microsoft, ilin üçüncü rübünün sonuna qədər 10 min işçisini işdən çıxaracağını açıqlayıb.

Sitat.info xəbər verir ki, Microsoft-un CEO-su Satya Nadella şirkət işçiləri ilə paylaşdığı açıqlamada mühüm dəyişikliklər dövrü yaşadığını, müştərilər və ortaqları ilə görüşlər keçirdiyini bildirib.

Müştərilərin rəqəmsal xərclərini optimallaşdırdıqlarını ifadə edən Nadella, "Dünyanın bəzi hissələri tənəzzüldədir, bəzilərini isə tənəzzül gözlədiyi üçün müxtəlif coğrafiyalardakı təşkilatların ehtiyatlı davrandığını da görürük" -deyib. 

 Microsoft-un xərclərini gəlirlərə və müştəri tələbinə uyğunlaşdıracaqlarını ifadə edən Nadella, 2023 maliyyə ilinin üçüncü rübünün sonuna qədər 10 min adamın işdən çıxarılacağını bildirib.

Xatırladaq ki, bu rəqəmin Microsoft-un ümumi işçilərinin 5 faizindən də azdır. 

Məğrur,

Sitat.info



Xəbər xətti