ABŞ-da kritik təmas! Çavuşoğlu-Blinken görüşündə F-16 mövzusu

23:18 18 Yanvar 2023

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

Sitat.info xəbər verir ki, Çavuşoğlu görüşdən əvvəl verdiyi açıqlamada helikopter qəzası ilə bağlı Ukrayna xalqına başsağlığı verib. O, masadakı məsələlərə də toxunaraq, "F-16 tələbimizi təkrarlayacağıq. Bu, təkcə Türkiyə üçün deyil, NATO və ABŞ üçün də əhəmiyyətli bir məsələdir" -deyib.

Blinken isə çıxışının əvvəlində Türkiyəyə taxıl dəhlizi sazişində göstərdiyi səylərə görə təşəkkür edib. Blinken, "Biz Türkiyə ilə sıx ittifaq və ortaqlıq ruhunda fikir ayrılıqlarınızı həll edəcəyik" açıqlamasını verib.

Məğrur,

Sitat.info
 



Xəbər xətti