Şarl Mişel Zelenski ilə görüşmək üçün Kiyevə gedib

11:44 19 Yanvar 2023

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə getdiyini açıqlayıb.
 

Sitat.info xəbər verir ki, Mişel təhlükəsizlik səbəbiylə  səfərini daha əvvəl elan etməyib. Kiyevə yollandığını deyən Mişel Zelenski ilə yanaşı, Ukraynanın baş naziri Denis Şmıqal və digər rəsmilərlə görüşəcək.

Mişellə Zelenski Ukraynanın Rusiyaya qarşı müharibədə daha güclü olması üçün atılacaq addımları müzakirə edəcəklər.

Ukrayna xalqının həm torpaqları üçün, həm də Avropa ilə paylaşdıqları ortaq dəyərlər üçün mübarizə apardığını vurğulayan Mişel, Aİ-nin dəstəyinə ehtiyac olduğunu bildirib.

Məğrur,

Sitat.info



Xəbər xətti