Sosial media platforması Twitter-in ABŞ-dakı qərargahında bəzi əşyalar internetdə hərrac yolu ilə satışa çıxarılıb. Twitterin simvolu olan mavi quş heykəli 100 min dollara satılıb.
Sitat.info xəbər verir ki, sosial media platforması Twitter ABŞ-ın San-Fransisko şəhərindəki baş ofisində bəzi əşyaları satmaq qərarına gəlib. Ornamentlər, mebel və mətbəx materialları onlayn hərraca çıxarılıb.
Platformanın simvolu olan mavi quş heykəli 100 min dollara alıcı tapıb. Hərraca 600-dən çox məhsul çıxarılıb.
Satışa çıxarılan 600-dən çox məhsul arasında e-poçt ünvanlarında istifadə olunan @ işarəsi heykəli də var.
Bildirilir ki, Twitter hərracının şirkətin maliyyə vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Keçən il Twitter-i 44 milyard dollara alan ABŞ-lı iş adamı Elon Musk şirkətdəki izafi xərcləri azaltacağını açıqlayıb və ilk iş olaraq şirkətin 4000 əməkdaşını işdən çıxarıb.
Səid İsaoğlu,
Sitat.info