Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Hərbi Komitəsinin sədri admiral Rob Bauer Rusiya Federasiyasının yazda Ukraynaya qarşı yeni hücuma başlayacağını iddia edib.
Sitat.info UNİAN-a istinadən xəbər verir ki, Bauer bunu mətbuat konfransında deyib.
"Ümumiyyətlə, rusların strateji hədəflərinə nəzər salsanız, onlar dəyişməyib. Buna görə də rusların başqa bir hücuma keçmə ehtimalı yüksəkdir. Bu, dəqiq məlumat deyil, ancaq ciddi fərziyyəyə əsaslanır: əgər onlar strateji məqsədlərini dəyişməyiblərsə, o zaman yazda yeni hücumun baş verəcəyi ehtimalı böyükdür”, - Bauer bildirib.
Alyansın hərbi komitəsinin sədrinin dediyi kimi, ukraynalılar buna hazırlaşmalıdırlar. O əlavə edib ki, “Ukraynalılar bu barədə düşünürlər”.
Eyni zamanda, onun sözlərinə görə, Alyansa üzv ölkələr Ukrayna ilə birlikdədir, ukraynalıların hansı yardıma daha çox ehtiyacı olduğunu və müttəfiqlərin hansı dəstəyi verə biləcəyini öyrənirlər.
Məğrur,
Sitat.info