Futbolda tarixə hadisə - Hakim elə hərəkət etdi ki... - VİDEO

15:45 23 Yanvar 2023

Portuqaliyada futbol matçı zamanı tarixi hadisə baş verib.

Sitat.info xəbər verir ki, bu idman növü tarixində hakim ilk dəfə ağ vərəqə göstərib. Bu barədə “Sport Bible” nəşri məlumat yayıb.

Yanvarın 21-də Portuqaliya qadınların liqasında "Benfika" - "Sportinq" matçında futbolçulardan biri zədələnib. Hakim hər iki klubun həkim briqadasını meydana çağırıb. İdmançıya köməklik göstərildikdən sonra hakim təşəkkür olaraq həkimlərə ağ vərəqə göstərib.

Azarkeşlər ilk ağ vərəqələri müsbət qarşılayıblar. Lakin yeniliyə qarşı çıxanlar da olub.

FİFA təcrübə olaraq, Portuqaliyada ağ vərəqələrdən istifadəyə icazə verib. Hakimlər bununla ədalətli oyuna görə matç iştirakçılarına təşəkkür edəcək. FİFA ümid edir ki, bununla "fair-play" qaydalarına riayəti mümkün qədər artıracaq.

 



Xəbər xətti